«Fru Pro» Şirkəti öz fəaliyyətini 2006-cı ildən başlamışdır. Bizim Şirkət «SONTİ» ticarət markası altında təbii şirələr istehsal edir. İstehlakçıların etimadını qazanan «FRU PRO» Şirkəti kiçik vaxt ərzində Azərbaycanın bazarında liderlərdən birinə çevrilmişdir. Bizim məhsullar dünya keyfiyyət standartlarına cavab verir. Məhsulun istehsalçıları meyvə bağları arasında yerləşən Göyçay Süd zavodudur.
Şirələrin bütün çeşidi 1 litrlik və 200 qramlıq Tetra Bric Aseptik qablaşdırmalarında (U şəkilli çöplə) istehsal olunur. Bizim məhsulun ildən ilə genişlənən çeşidi on bir növ şirədən ibarətdir:
Heyva
Nar
Apelsin
Ananas
Alma
Manqo
Ərik
Qaysı
Albalı
Multivitamin
Tomat
Azərbaycanın torpağı özünün iqlim özəllikləri ilə unikaldır. Planetin on bir mövcud iqlim zolağından, doqquzu Azərbaycanda yerləşir və burada uzun illərdən bəri müxtəlif kənd təsərrüfatı məhsulları istehsal olunmuş, müxtəlif meyvə növləri yetişdirilmişdir. Meyvələrin seçilmiş növlərinin yetişdirilməsi üzrə zəngin ənənə və təcrübə, geniş çeşiddə dadlı şirələrin buraxılmasına kömək edir.
Birbaşa sıxılma yolu ilə əldə olunan heyva və nar şirələri bizim qürurumuzdur. «Sonti» sokları sağlamlığı möhkəmlədir və müxtəlif xəstəliklərə qarşı profilaktik təsir göstərir. Bütün məhsullar yüksək texnologiyaya malik müasir avadanlıqla istehsal olunur və bu da bizə yüksək keyfiyyəti əldə etmək imkanı verir.
Müasir laboratoriyalar istehsal olunan məhsulu tam qiymətləndirməyə və daima onun keyfiyyətini yıxşılaşdırmaq imkanı verir. Bizim şirələrin dadına baxın və siz bizim sözlərin həqiqi olduğuna özünüz şahid olacaqsınız!.